Zelenski iclas keçirib. Ukrayna Ali Baş Komandanının qərargah iclasında işğalçının yaxın gələcəkdə ehtimal olunan hərəkətləri müzakirə edilib.
Sitat.info xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski Telegram-da məlumat verib.
"Biz əməliyyat bölgələrindəki vəziyyəti nəzərdən keçirdik, həmçinin təcavüzkarın yaxın gələcəkdə ehtimal olunan hücumlarını müzakirə etdik. Ukrayna torpaqlarının azad edilməsi üçün növbəti addımları planlaşdırdıq. Biz ordumuzu sursatla fasiləsiz təmin etmək sxemini təkmilləşdiririk və qış rejiminə hazırlayırıq”, - deyə dövlət başçısı bildirib.
İclasda könüllü birləşmələrin işinin tənzimlənməsi məsələsi də müzakirə olunub.
Ukrayna prezidenti yazıb: “Biz hər gün güclənirik, hər gün qələbəyə daha yaxınıq”.
Xatırladaq ki, Qərargahının oktyabrın 11-də keçirilən əvvəlki iclasında cəbhə xəttindəki vəziyyət və Ukrayna səmasının Rusiya raket və pilotsuz təyyarələrindən qorunması istiqamətində görülən yüksək işlərə baxılıb.
Səid,
Sitat.info