Krım körpüsünün bərpası üçün yeganə podratçı təyin edilib. Onlar bərpa prosesini 2023-cü il iyulun 1-dən gec olmayaraq başa çatdırılmalıdır.
Sitat.info xəbər verir ki, “Nijneanqarsktransstroy" Məhdud Məsuliyyətli Cəmiyyəti Krım körpüsünün nəqliyyat və mühəndis infrastrukturunun dağılmış elementlərinin layihələndirilməsi və bərpası üzrə işlərin satın alınmasının yeganə icraçısı kimi müəyyən edilib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə yük maşını partladılıb, nəticədə qonşu yük qatarının çənləri yanıb. Hadisədə 4 nəfər ölüb. Körpünün yarımadaya doğru gedən avtomobil hissəsinin iki aşırımı dağılıb. Fövqəladə vəziyyətlə əlaqədar Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullinin rəhbərlik etdiyi hökumət komissiyası yaradılıb. Krım körpüsü ilə dəmir yolu hərəkəti bərpa edilib, avtomobillərin hərəkəti də qismən bərpa edilib.
Nərgiz,
SİTAT.İNFO