"Kadırovun ordusu rusları öldürməyə başlayacaq, bu zaman məsələsidir "
Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu sozləri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
Danilov həmçinin bildirib ki, Rusiyada müxtəlif şəxslərə tabe olan 4 ayrı-ayr ordu yaradılır: "Rusiya Federasiyasında faktiki olaraq ən azı 4 ordu meydana çıxır. Tezliklə onlar bir-biri ilə münaqişəyə başlayacaqlar. Çeçenistan rəhbəri Ramzan Kadırovun şərti olaraq müdafiə naziri Sergey Şoyquya tabe olmayan “öz ordusu” var.Həmçinin “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinin “öz ordusu” var. Digər “ordu” Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotova, dördüncüsü isə nazir Şoyquya tabe olan hərbçilərdən ibarətdir".
Məğrur,
Sitat.info