Türkiyədə mədəndəki partlayışda 2 nəfər öldü - Yenilənib+Fotolar

23:37 14 Oktyabr 2022

Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də kömür mədənində partlayış baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.

Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.

***

Hadisə zamanı mədəndə 87 işçinin olduğu ehtimal edilir. Ümumilikdə isə orada 400 nəfər çalışıb. Dağıntılar altında qalanlardan 6-nın hərəkətsiz vəziyyətdə qaldığı görülüb. Hadisə yerinə xeyli sayda təcili yardım briqadası cəlb olunub. 

***

Dağıntılar altından 2 fəhlə xilas edilib. 

***

Bartın valisi Nurtaç Arslan çox sayda xilasedici qruplarla axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

 

“12 nəfər yaralı olaraq xilas edildi. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılır. Ekspert qrupları, AFAD qrupları səfərbərdir”.

***

Türkiyənin Bartın şəhərində kömür mədənində partlayışın ilkin səbəbi məlum olub.

AFAD-ın verdiyi açıqlamada partlayışa transformatorun səbəb olduğu bildirilib.

***

Hadisə zamanı xilas edilənlərin sayı 14-ə çatıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə daxili işlər naziri Süleyman Soylu, enerji və təbii sərvətlər naziri Fatiz Dönmez hadisə yerinə yollanıblar.

***

Partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.








Xəbər xətti