Azərbaycan vətəndaşı Gürcüstana qanunsuz dərman keçirməyə cəhd edib

11:00 23 Fevral 2022

Türkiyədən Gürcüstana bəyan edilməmiş külli miqdarda dərman vasitələrinin idxalının qarşısı alınıb.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

“Sarpi” gömrük-keçid məntəqəsində gömrükçülər Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış zamanı 11 müxtəlif adda 32,7 kiloqram çəkidə medikamentlər aşkarlayıblar.

Gömrük nəzarətindən gizlədilmiş malların gömrük dəyəri 110 816 lari təşkil edib.

İş üzrə materiallar baxılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.



Xəbər xətti