Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
SİTAT.İNFO Reporta istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Y.Cəfərov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elnarə Musayevanı bıçaqlayaraq öldürüb. Daha sonra o, bıçaqla özünü xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Cəfərovun həyatını xilas etmək mümkün olub.