Tanınmış şair Rüstəm Behrudinin Allahı inkar edən şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Şairi dəstəkləyənlər olsa da, o daha çox tənqid olunub.
Demokrat.az həmin şeiri təqdim edir:
Görən, niyə susub Allah,
Yerə təzə sözü yoxdu?
14 əsr keçib getdi,
Təzə kitab, yazı yoxdu?
"Məni tanı" deyə-deyə,
Hökm eləyir yerə, göyə,
Bəndəsinə görünməyə,
Nədən, niyə üzü yoxdu?!
Vədə verib, sabah deyir,
Savab deyir, günah deyir.
Cümlə-aləm "Allah" deyir,
Hanı? İzi-tozu yoxdu.
Qeyd: Şeiri ilk olaraq tanınmış jurnalist Cavid İsmayıl özünün feysbuk səhifəsində paylaşıb.