“Hərbi təlimlər barədə Azərbaycana məlumat vermişdik”

17:18 17 Oktyabr 2022

“Biz terror hadisələrini pisləyirik. Diplomatlara qarşı törədilən terror aktlarını da pisləyirik”.

“Sitat.info” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

Gəncə terrorunun il dönümü ilə bağlı keçiriklən tədbirdə S.A.Musəvi İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə də münasibət bildirib: “Biz bu hərbi əməliyyatlar barədə qardaş ölkəmiz Azərbaycana məlumat vermişdik. Onlar əvvəlcədən təlimlər barədə məlumatlı idilər. Bu sülh naminə olan hərbi əməliyyatlar idi”.

Səfir İranın II Qarabağ Müharibəsinsən sonra Ermənistanın lehinə bəyanatları ilə bağlı suala isə belə cavab verib: “Bu İranın hər hansı bir tərəfi dəstəkləməsi məsələsi deyil. Bu İranın uzun müddətli strateji maraqları ilə bağlı olan məsələdir. Biz öz maraqlarımız çərçivəsində mövqeyimizi bildiririk. Hər iki tərəfi mövqeyimiz və maraqlarımız barədə məlumatlandırırıq”.//Qafqazinfo

 



Xəbər xətti