Rusiyanın təbliğat ruporlarından olan bir neçə nəfər Avropa Birliyinin sanskiya siyahısına salınıb.
Azadlıq radiosunun yaydığı məlumata görə, söhbət Dövlət Dumasının vitse-spikeri və aparıcı Pyotr Tolstoy, aparıcı Vladimir Solovyov və “Rossiya seqodnya” media qrupunun rəhbəri Marqarita Simonyandan gedir. Bu şəxslərin Avropa ərazisindəki bütün aktiv və əmlakları dondurulacaq, onların Avropaya gediş-gəlişi qadağan edilir.
Avropa Birliyi həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Dumanın bütün deputatlarına qarşı eyni addımı atacaq.
M.Simonyan sanksiyalar barədə məlumatı şərh edərkən Rusiyadan xaricdə heç bir atkivinin olmadığını bəyan edib.
Bir müddət əvvəl həbsdə olan Aleksey Navalnı aparıcı V.Solovyovun İtaliyada – Komo gölü sahilində iki villasının olduğunu aşkarlamışdı.