Putin göstəriş verib

22:03 17 Oktyabr 2022

Rusiya prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.

525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezident Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova və səhiyyə naziri Mixail Muraşkoya xəsarət alanlara bütün lazımi yardımı göstərmək üçün Yeyskə getməyi tapşırıb”, -deyə mətbuat xidməti bildirib.

Bildirilib ki, dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.



Xəbər xətti