Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonunun Güzdək qəsəbəsində 2000-ci il təvəllüdlü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Muxtar Qayıbov özünü yaşadığı evin həyətində asıb.
Sitat.info xəbər verir ki, intihar edən tələbənin atası Həmid Qayıbov Oxu.Az-a bildirib ki, bu acı xəbəri eşidən andan Muxtarın nişanlısının ayaqları tutulub:
“Səbəb məlum deyil. O, nişanlısı ilə xalası qızının toyuna hazırlaşırdı. Oktyabrın 20-i ad günü olacaqdı. Çox ağıllı uşaq idi. Bəzən bizə də məsləhətlər verirdi. Son vaxtlar heç bir qəribəlik yox idi. Həmin gün gecə anasına deyib ki, “ana, məni sabah 09:00-da oyadarsan”. Oyatmağa gedəndə - saat 08:00-da onu həyətdən asılmış vəziyyətdə gördüm. Nişanlısı ilə münaqişələri olmayıb. Onlar sevib, nişanlanıblar. Üç ay idi nişanlı idilər. Qız o xəbəri eşidən gündən ayaqları tutulub. Məzarına o vəziyyətdə gedib. Onların sevgisi çox böyük idi. Qızın ailəsi də Muxtarı çox sevirdi. Hər kəs onun ağlına valeh olmuşdu”.