Paşinyan itkin düşən ermənilərin sayını açıqladı - Onların taleyi üçün Azərbaycanla əməkdaşlıq edəcəyik

12:49 19 Oktyabr 2022

Paşinyan Qarabağ münaqişəsi zamanı itkin düşən ermənilərin sayını açıqlayıb
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş nazir Nikol Paşinyanın iddialarına görə, birinci və ikinci Qarabağ müharibəsində və o cümlədən Ermənistanın sentyabr ayında təxribatı zamanı itkin düşənlərin sayını açıqlayıb: “Birinci Qarabağ müharibəsi zamanı 777, Qarabağdakı ikinci müharibə zamanı 217 və sentyabrın 13-də 29 erməni itkin düşüb”.

O bu barədə  “Twitter” səhifəsində yazıb. Paşinyan ümid etdiyini bildirib ki, Azərbaycan onlarla Ermənistanın öz soydaşlarının taleyini öyrənmək üçün əməkdaşlıq edəcək. 



Xəbər xətti