Məktəbdə şagirdə zorakılıq edib videoya çəkdilər, cinayət işi açıldı

15:30 19 Oktyabr 2022

Samux rayonunda orta məktəblərdən birində azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.

Sitat.info xəbər verir ki, rayonun kəndlərindən birində yerləşən təhsil müəssisəsində 9-cu sinif şagirdi öz həmcinsi olan 6-cı sinif şagirdinə qarşı bu tipli hərəkətlər edib. Həmin vaxt yaşca böyük olan şagirdin sinif yoldaşları baş vermiş hadisəni telefonla videoya çəkiblər. Görüntülər yayıldıqdan sonra hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına müraciət edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub: 

“Məlumatla əlaqədar Polis Şöbəsində cinayət işi başlanıb, müvafiq ekspertiza təyin olunub, ekspertiza rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.



Xəbər xətti