Bakı Dövlət Universitetinin (BDU) daha bir tələbəsi Bənövşə Rəcəb qızı Dedeyeva dünyasını dəyişib.
“Sitat.info” xəbər verir ki, bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb.
Universitetin Biologiya fakültəsinin III kurs tələbəsi olan B. Dedeyevanın beyində damar genişlənməsi səbəbindən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, ötən gün ali təhsil müəssisəsinin Kimya fakültəsinin III kurs tələbəsi Rəhiməxanım Məmmədova vəfat etmişdi. Onun ağciyər çatışmazlığından dünyasını dəyişdiyi deyilirdi.