Rusiya miqrasiya nəzarətini gücləndirir

17:33 19 Oktyabr 2022

Rusiya hakimiyyəti miqrasiya nəzarətini gücləndirmək niyyətindədir.

Sitat.info xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

O qeyd edib ki, miqrantların sıx məskunlaşdığı yerlərdə genişmiqyaslı hüquq-mühafizə tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. Müşavirə zamanı Putin Rusiyanın miqrasiya siyasətinə dəyişiklik etməyin vacibliyini vurğulayıb. O bildirib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən qlobal və regional faktorlar yaranır, bu səbəbdən də hazırkı miqrasiya siyasəti konsepsiyasına korrektə etmək lazımdır.



Xəbər xətti