BQXK həkim məntəqələrinə günəş panelləri quraşdırıb

18:59 19 Oktyabr 2022

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ağdam rayonun Əfətli və Tərtər rayonunun Borsunlu kəndlərində həkim məntəqələrinə, həmçinin Ağdam rayonunun Təzəkənd kənd məktəbinə günəş panellərinin quraşdırılmasını həyata keçirib.

Sitat.info xəbər verir ki, cəmiyyətdən APA-ya verilən məlumata görə, günəş enerjisi sistemi BQXK-nın bu obyektlərdə apardığı əvvəlki reabilitasiya işlərinə əlavədir.

Layihə təkcə karbon (CO2) emissiyalarının azaldılmasına deyil, gəm də bu obyektlər üçün elektrik enerjisi xərclərinə ildə ən azı 50% qənaət etməyə kömək edəcək.



Xəbər xətti