“Yunanıstan Ukraynaya piyadaların döyüş maşınları verməyə başlayıb”.
Sitat.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yunanıstanlı həmkarı Nikos Dendias ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Gizlətməyəcəyəm, torpaqlarımızı müdafiə edə bilməyimiz üçün Yunanıstanın Ukraynaya verdiyi silahları xüsusilə yüksək qiymətləndiririk. Yunanıstandan Ukraynaya çoxdan gözlənilən “BMP-1” zirehli piyada maşınlarının göndərilməsinə başlanması çox vacibdir. Onlar tezliklə ordumuzun arsenalına qəbul ediləcək, ölkəmizin döyüş və müdafiə qabiliyyətini dərhal gücləndirəcək”, - o bildirib.
XİN başçısı əlavə edib ki, Yunanıstan Ukraynanın hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı müraciətinə də baxır.
Report.az