Ukraynada fövqəladə vəziyyət elan edildi.
SİTAT.İNFO xarici agentliklərə istinadən xəbər verir ki, Ukraynanın baş təhlükəsizlik rəsmisi fövqəladə vəziyyətin 30 gün davam edəcəyini açıqlayıb. O , lazım gələrsə, növbəti 30 günü də fövqəladə vəziyyət elan edəcəklərinə söz verib.
ABŞ, Böyük Britaniya və Avropa Birliyi ilə yanaşı, Yaponiya və Avstraliya da Rusiyaya qarşı sanksiyalar elan ediblər.
Ağ Ev vurğulayır ki, Ukraynaya tədarük edilən silahlar sırf müdafiə məqsədləri üçün olacaq.
Ukrayna prezidenti Vladimir Zelenski 18-60 yaş arası ehtiyatda olan hərbçiləri maksimum bir il xidmət etməyə çağırıb. Ukrayna Rusiyadakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.