Cəbrayılda yol qəzasına düşən AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, Yıldırım sosial şəbəkə paylaşımında yazıb:
"Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq.
Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm".