Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Zəngilanda dağıdılmış evini taparaq sosial media hesabında paylaşıb.
Demokrat.az-ın xəbərinə görə, deputat ermənilərin dağıtdığı və vaxtilə rayonun Babaylı kəndində yerləşən evlərinin qalıqlarını tapıb.
"İnsan bütün uşaqlığının keçdiyi, illərlə xəyalında yaşatdığı evi tam 30 il sonra bu vəziyyətdə görüncə nə hislər keçirir, yəqin ki izah etməyə lüzum yoxdur. Amma əsas olan bu yerin, bu torpağın murdar düşmən tapdağından, işğaldan qurtulması, artıq əbədi olaraq bizim nəzarətimizə qayıtmasıdır. Eşq olsun bu torpaqların hər qarışında haqqı olan Müzəffər Ali Baş Komandana və Onun qəhrəman Ordusuna! Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə millət vəkiliv qeyd edib.