Rusiyalı hərbi ekspertlər rəsmi İrəvanın niyyətini şərh etdi - VİDEO

00:17 21 Oktyabr 2022

Oktyabrın 18-də Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana səfər edib.

Ermənistan mediasının məlumatına görə, səfər silah almaq məqsədi daşıyır. Eyni zamanda İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim bildirib ki, Ermənistan da İrandan PUA-lar almaq istəyən ölkələr arasındadır və bütün bunlar İrəvanın sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək istəyi fonunda baş verir.

Bəs Paşinyan nəyə hazırlaşır və Rusiyanın buna mövqeyi necə olacaq?

BAKU.TV-nin əməkdaşı rusiyalı hərbi ekspertlərlə rəsmi İrəvanın niyyətini müzakirə edib.

İqor Korotçenkonun sözlərinə görə, avropalı müşahidəçilər sərhəddə öz missiyasını yerləşdirdikdən sonra Ermənistan açıq-aydın Azərbaycana qarşı yeni silahlı təxribatlar törədəcək.

“Məqsəd sonradan baş verənlərdə Bakını günahlandırmaq və Cənubi Qafqazda status-kvonu dəyişdirməyə cəhd etməkdir. Bunun üçün isə Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı əhəmiyyətli dərəcədə zədələnmiş Silahlı Qüvvələrinin potensialını artırmaq məqsədilə kamikadze pilotsuz aparatlarına və digər silah sistemlərinə ehtiyacı var”, - deyə hərbi ekspert qeyd edib.

Daha ətraflı süjetdə:



Xəbər xətti