Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.
“Sitat.info” “Report”a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Ö.F. Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.
Qeyd edək ki, Ö.F. Əfqanıstan vətəndaşıdır.
Hadisənin təfərrüatı araşdırılır.