Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı.
Layihəyə əsasən, diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Əlcəzairə gedərkən viza tələbindən azad olacaq. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edildi.