Xəbər verdiyimiz kimi, oktyabrın 21-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Zəngilanda qəzaya düşüb. Hər iki şəxs, həmçinin mühafizəçi Oğuzhan Dəmirçi helikopterlə Bakıya gətirilərək, xəstəxanaya yerləşdirilib.
Sitat.info xəbər verir ki, qəzaya səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramından sonra nümayəndə heyəti Zəngilan Hava Limanına yola düşüb. Bu zaman Binəli Yıldırım və Şamil Ayrımın əyləşdiyi avtomobilin ön təkəri partlayıb və avtomobil qəzaya uğrayıb.
Avtomobildə olan Binəli Yıldırım və millət vəkili Şamil Ayrımı konvoydakı digər şəxslər maşından çıxarıblar. Onlara ilk tibbi yardımı Türkiyə Prezidentinin həkim qrupu göstərib. (Qaynarinfo)