Binəli Yıldırımla birgə qəzaya düşən türkiyəli deputatın səhhəti ilə son durum - Açıqlama

15:24 21 Oktyabr 2022

Azərbaycanda səfərdə olarkən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və mühafizəçi Oğuzhan Dəmirçi ilə birlikdə yol qəzası keçirən millət vəkili Şamil Ayrım açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tviterdə yazıb:

“Azərbaycan səfərimizdə Partiya sədrinin müavini Binəli Yıldırımla uğursuz avtomobil qəzasına düşdük. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır, xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” diləklərini çatdıran hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, daha əvvəl Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

 



Xəbər xətti