Sosial mediada qısa zamanda sürətlə yayılan görüntülər izləyicilərin sərt reaksiyasına səbəb olub.
Musavat.com xəbər verir ki, qocalar evində xəstələrin baxımına cavabdeh olan işçilər sosial mediada yaşlıları təqlid edərək ələ saldıqları anları paylaşıblar.
Sosial mediada gündəm yaradan bu videoya baxanların reaksiyasından sonra qocalar evi rəhbərliyi hərəkətə keçərək işçiləri işdən çıxardıqlarını açıqlayıb.
İngiltərənin Çorley şəhərindəki "Gillibrand Hall" Qocalar Evində əməkdaşların öz aralarında əyləndiklərini əks etdirən bu videolar həmin şəxslər tərəfindən sosial mediada paylaşılıb.