Hindistanda ağır qəza - 15 ölü, 40 yaralı + Video

10:56 22 Oktyabr 2022

Hindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

“Qafqazinfo” NDTV-yə istinadən xəbər verir ki, insident cümə günü axşam Reva dairəsində baş verib.

Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 40-a yaxın insan yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti