Boris Consondan təhdid qarışıq dəstək mesajı: Ukraynaya ölümcül silahlar göndərəcəyik...

16:59 23 Fevral 2022

Ukrayna və Rusiya arasındakı böhranın diplomatik yolla həllinə ümidlər yavaş-yavaş ölsə də, dünya müharibə ehtimalına hazırlaşır.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki., İngiltərənin  "işğal başlandı" bəyanatından sonra, ABŞ-dan da oxşar bəyanatlar gəlib. 

ABŞ prezidenti Co Bayden "Bu, Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcıdır" dedi.

Ötən dəqiqələrdə Rusiya xəbər agentlikləri , Rusiyanın Ukraynadakı diplomatlarını təxliyə etməyə başladığını açıqlayıblar.

Böyük Britaniya isə elan edir ki, Ukraynaya ölümcül silahlar göndərəcəyik. 

Britaniyanın baş naziri Boris Conson İcmalar Palatasındakı çıxışında deyib: “Rusiyanın getdikcə daha da kəskinləşən təhdidləri  fonunda Böyük Britaniyanın Ukraynaya əlavə hərbi dəstək paketi təqdim edəcəyini elan edə bilərəm”.

Conson bildirib ki, bu yardım paketinə ölümcül silahlar da daxil olacaq.



Xəbər xətti