Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva Tvitterdə yazıb.
Xatırladaq ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, lakin ağır xəsarət alan Elsevər Həmidov dünyasını dəyişib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, Səbuhi Həsənovun vəziyyəti qənaətbəxşdir.