44 yaşlı müddətdən artıq xidmət edən erməni hərbçi tövlədə asılmış vəziyyətdə tapılıb.
Sitat.info erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Dərələyəz rayonunda kəndlərin birində baş verib.
Hadisə yerinə rayon Polisi və İstintaq Komitəsinin nümayəndələri gəlib. Cinayət işi başlanılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
İlkin ehtimallara görə, o, intihar edib.