Peqov Donetsk yaxınlığında yaralandı - Barmaqları sındı

20:11 23 Oktyabr 2022

Rusiyalı hərbi jurnalist, “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə layihənin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, hadisə Donetsk yaxınlığında baş verib.

Peqovun sağ ayağının iki barmağının sındığı, ayaqlarında kəsiklərin olduğu bildirilib.

Qeyd olunub ki, hazırda Semyon Donetsk xəstəxanasındadır və onun həyatına təhlükə yoxdur.



Xəbər xətti