Azərbaycan və Türkiyə prezidentləri Ermənistanla münasibətləri və Ukrayna məsələsini müzakirə ediblər

18:15 23 Fevral 2022

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan eyni zamanda Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıblar.

İki ölkə liderləri regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.



Xəbər xətti