Borca görə 2 qohumunun evini yandırdı – VİDEO

12:05 24 Oktyabr 2022

Türkiyənin Əskişəhər şəhərində bir ay əvvəl atasının əmisi oğlu ilə borca görə mübahisə edən adam ötən gecə həmin şəxsin və onun qardaşının evlərini yandırıb.

Sitat.info-nun məlumatına görə, qonşularının səsinə oyanan zərərçəkənlər son anda yanan evdən çıxıblar.

Onlar yanğında tüstüdən zəhərləndikləri üçün sağlamlıq qrupları tərəfindən Əskişəhər Şəhər Xəstəxanasına aparılıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən göndərilib.

Yanğında ev yararsız hala düşüb, yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Hadisədə şübhəli bilinənlər polis tərəfindən tutularaq nəzarətə götürülüb. Şübhəlilər polis bölməsində dindirildikdən sonra prokurorluq ifadəsi üçün ədliyyəyə sövq edilib.



Xəbər xətti