Bu ilin avqust ayında dövlət qulluğuna qəbul imtahanında bəzi sualların səhv olması iştirakçıların narazılığına səbəb olmuşdu.
Sitat.info xəbər verir ki, Baku TV məsələni işıqlandırdıqdan sonra problem həllini tapmışdı.
Bu dəfə isə 1 balla imtahandan keçə bilməyən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etirazını bildirib.
Onların iddiasına görə, imtahanda bir sualın iki düzgün cavabı olub.
Yaranan növbəti problem də elə Baku TV-nin çəkilişi zamanı həll olunub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ekspertlər arasında fikir ayrılığı yarandığından məsələyə yenidən baxılıb və nəticələr imtahan iştirakçılarının xeyrinə həll edilib. Beləliklə, 1 balla kəsilən şəxslər imtahandan keçdilər.
Dövlət İmtahan Mərkəzindən o da qeyd olunub ki, namizədlərin nəticələrinə edilən müvafiq dəyişikliklər qurumun rəsmi saytına yerləşdiriləcək.