“WhatsApp”ın işində yaranmış problemlə əlaqədar nazirlikdən AÇIQLAMA - YENİLƏNDİ

12:28 25 Oktyabr 2022

Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

Sitat.info xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır.

***

Meta şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb.

Sitat.info xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesajlar göndərə bilmirlər.

Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi bloqunda məlumat yerləşdirməyib. 



Xəbər xətti