İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNDİ

12:44 25 Oktyabr 2022

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

***

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.

***

Seçkinin qapalı keçiriləcəyi gözlənilir.

***

Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək.

Sitat.info xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.

Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib. 



Xəbər xətti