Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetiribmiş.
Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə azyaşlı qızını da amansızlıqla döyüb. Övladını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
7 yaşlı qızı Gülər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin indi də ağır olduğu bildirilir.
Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb.