Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib və quruma yeni prezident seçilib.
“Sitat.info”nun məlumatına görə, Unikal-a açıqlama verən AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev qurumun ümumi yığıncağına qatılmayacağını bildirib.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü olduğuna görə, sözügedən yığıncaqda iştirak etməli idi. Lakin o, bu yığıncağa qatılmaqdan imtina edib.