Ukraynanın Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, bu barədə V.Zelenski tviterdə məlumat yayıb.
O, R.Sunakı Böyük Britaniyanın yeni Baş naziri seçilməsi münasibəti ilə təbrik edib.
Danışıqlar zamanı liderlər strateji tərəfdaşlığı birlikdə davam etdirməyə hazır olduqlarını bildiriblər.