Aviasiya vasitəsi ilə yükdaşımada əsas problemlər açıqlanıb

17:51 25 Oktyabr 2022

Aviaşirkətlər ildə 52 milyon metrik tondan çox yük daşıyır ki, bu da dəyər etibarilə qlobal ticarətin 35 %-dən çoxunu, lakin həcmcə dünya ticarətinin %-dən azını təşkil edir.

Sitat.info xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association - IATA) hazırladığı hesabatda qeyd edilir.

Hesabatda deyilir ki, bu, illik 6,8 trilyon ABŞ dollarlıq, gündəlik isə 18,6 milyard ABŞ dollarlıq malların daşınması deməkdir.

Elektron ticarətin sürətli artması ətraf mühitə təsirləri minimuma endirən materiallara və istehsal proseslərinə ehtiyacı artıraraq qablaşdırma məhsulların istehlakının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

2021-ci ildə elektron ticarətin qablaşdırma bazarı 43,1 milyard ABŞ dolları dəyərində olub və 2025-ci ilə qədər bu rəqəmin 75,1 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Mövcud plastik istehsalı və tullantıların idarə edilməsi tendensiyaları davam edərsə, 2050-ci ilə qədər dünyanı 12 milyard metrik ton plastik əhatə edəcəyi proqnozlaşdırılır.

Hesabata görə, Çin 2025-ci ildə qablaşdırma bazarında plastikdən istifadəni tam qadağa etməyə hazırlaşır. Çin hər il təbiətə təxminən 10 milyon ton qablaşdırma tullantıları atır ki, bunun təxminən 23 %-i təkrar emal oluna və ya təkrar istifadə oluna bilmədiyi üçün yandırılır və ya poliqonlarda basdırılır.

Logistika provayderi olan “Cainiao” kimi şirkətlər öz anbarlarından "Subaylar günü"ndə (11 noyabr) göndərilən qablaşdırmanın demək olar ki, 100 %-nin bioloji parçalana bilən və kağız qablaşdırmanın 50 %-ə yaxınının sarğısızı həyata keçirirlər.

“Cainiao” şirkəti “Ağıllı qablaşdırma” yolu ilə əşyaları kateqoriyasına, həcminə, çəkisinə və sahəsinə görə qiymətləndirə və sonra onları məkana qənaət edilməklə qablaşdırma formasına uyğunlaşdıra bilər.

IATA hesab edir ki, rəqəmsallaşmanı artırmaqla şəffaflığa və əlavə xərclərin qarşısını almağa imkan yaradacaq.

Həmçinin yük əməliyyatlarını daha təhlükəsiz və səmərəli etmək üçün yüngül ULD-lərə (Vahid Yükləmə Cihazı) sərmayə qoymaqla yanacaq sərfiyyatını azaltmaq üçün konkret tədbirlər görmək lazımdır.



Xəbər xətti