İranda təmiz olmağın bədənini xəstələndirəcəyinə inanan və 70 ildir yuyunmayan “Hacı dayı” ləqəbli 94 yaşlı kişi çimdikdən sonra dünyasını dəyişib.
Hafta.az bildirir ki, İranın Fars əyalətinin Farsbənd şəhərinin Dejgah kəndində təmizlənsə və yuyunsa xəstələnəcəyinə inanan “Hacı dayı” ləqəbli 94 yaşlı kişi dünyasını dəyişib.
Vəziyyətinə yerlilər hörmətlə yanaşdıqları adam vanna qəbul edib təmiz olmağın bədənini xəstələndirəcəyinə inandığı üçün sudan uzaqlaşır.
Bir neçə il əvvəl kənd gənclərinin çimdirmək istədikləri qoca vəziyyəti anlayanda qaçsa da, uzun cəhdlərdən sonra çimməyə razılaşıb.
Lakin qoca yuyunduqdan bir neçə ay sonra xəstələnib və 94 yaşında dünyasını dəyişib.
Ömrü boyu evlənməyən və kəndlilər tərəfindən onun üçün tikilmiş qapısız daxmada qalan qocanın nəinki çimmək istəmədiyi, hətta təmiz yemək yeməkdən də qaçdığı və səhhətində problem olmadan yaşadığı iddia edilir.