Piyadalar və onlara yol verməyən sürücülər cərimələndi

14:06 26 Oktyabr 2022

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən hadisələrin qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilib.

“Sitat.info” xəbər verir ki, reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib.

Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Qeyd edək ki, sonuncu reyd zamanı 20-yə yaxın piyada, 30-dan çox sürücü cərimələnib.

 



Xəbər xətti