“Bakı dünya xəritəsində qlobal strateji məsələlərin müzakirə edildiyi və həll olunduğu mühüm məkana çevrilib”.
Sitat.info xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzin 10 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mərkəzin əsas nailiyyətlərindən biri müxtəlif ölkələrin diplomatları arasında dialoq və müzakirələrin aparılması üçün platformanın yaradılması olub.
"Bakı problemlərin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrin diplomatlarını bir araya gətirən qlobal mərkəzə çevrilib. Şəhər dünya xəritəsində strateji məsələlərin həll olunduğu mühüm məkana çevrilib. Lakin bundan da çox iş görmək olar", - E.Tkeşelaşvili bildirib.