Tarif Şurasından növbəti artım- 1 manat bahalaşdı

16:54 26 Oktyabr 2022

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Sitat.info xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib.

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib.

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.



Xəbər xətti