"Demirdiniz ki, Qarabağı alsın, ömrünün sonuna kimi prezident olsun. Alıb da... Nə istəyirsiniz, bizi dünyaya ən yuxarı mərtəbəyə çıxartdı. Bunlarda qəribə yanaşma var. Prezidenti tərifləyirsənsə, səni düşmən çıxarırlar. Belə müxalifətçilik olar?”.
Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Sitat.info-ya müsahibəsində deyib. O bildirib ki, partiyası tərəfən tənqidlərə məruz qalır:
"Ümumiyətlə, sizin qarın ağrınız nədir? Nə istəyirsiniz bu hakimiyyətdən. 10 santimetr torpaq ala bilmirdik, aldı torpaqları... Tofiq Yaqublu deyirdi ki, Novellanı Müsavat partiyasından qovmaq lazımdır. Məni Müsavat partiyasından çıxara bilərlər, ancaq o sevgini ürəyimdən çıxara bilməyəcklər".
Qəzetlərdə, feysbukda yazırlar ki, Novella satıldı. 30 ildir ki, bu hakimiyyətdən bir qəpik almamışam. Hazırda yaşadığım ev isə kirayədir. Laçın qaçqınının evində qalıram.
Bəziləri sevinirlər ki, Fransa bizə enbarqo qoyacaq ki, nefti, qazı ixrac edib, Avropaya sata bilməyəcəyik. Sən Azərbaycanın düşməni olmalısan ki, belə sözü dilinə gətirirsən".
Sitat.info Novella Cəfəroğlu ilə geniş müsahibəni təqdim edir:
Nərgiz Liftiyeva,
Məğrur Salmanov
Sitat.info