"Çətin həyat şəraitinə düşmüş bəzi qadın və uşaqlar haqqında şəxsi məlumatların mediada yayımlanması xoşagəlməzdir".
Sitat.info report-un Qərb bürosuna istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə "Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi" mövzusunda keçirilən regional konfransda bildirib.
"Təəssüf ki, bəzən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar haqqında şəxsi və eləcə də dəqiq olmayan məlumatlar yayılır. Təbii ki, bəzi hallarda məsələnin dəqiqləşdirilmədən yayılmasına səbəb isə medianın rəsmi məlumat ala bilməməsidir. Ona görə də düşünürəm ki, media ilə birgə işləməklə bu kimi xoşagəlməz halların qarşısını da birlikdə almaq olar", - B.Muradova əlavə edib.
//report.az