Azərbaycanın AÇG və “Şahdəniz” üzrə ümumi gəliri açıqlanıb

17:18 26 Oktyabr 2022

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Sitat.info Economics Fondun yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında AÇG yatağından 7 mlrd. 528 mln. ABŞ dolları məbləğində gəlir əldə edilib

"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-oktyabr aylarında əldə olunan gəlir 1 mlrd. 209 mln. ABŞ dolları təşkil edib.

"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından qeyd olunan dövrdə əldə olunan gəlir 328,567 mln. ABŞ dolları təşkil edib.



Xəbər xətti