Zelenski dünya liderlərindən maliyyə və müdafiə dəstəyi istəyib

10:41 24 Fevral 2022

Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar Vladimir Putinə qarşı koalisiya yaratmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Zelenski “Tvitter”də yazıb.

, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı liderlərindən Putini dərhal dayandırmağı xahiş edib.

“Putini dərhal Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. AntiPutin koalisiyası yaradırıq. Dərhal sanksiyalar tətbiq olunsun, Ukraynaya maliyyə və müdafiə dəstəyi verilsin. Dünya Rusiyanı sülhə vadar etməlidir”, - Zelenski yazıb.



Xəbər xətti