Bakıda yolu kəsib şou göstərən "avtoş" xanım sürücüdən ŞOK HƏRƏKƏTLƏR - VİDEO

11:58 27 Oktyabr 2022

Bakıda qaydaları kobud şəkildə pozan xanım sürücünün videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib.

Sitat.info avtosfer.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də, paytaxtın Vaqif prospektində qeydə alınıb. Oxucunun sözlərinə görə, 99-EU-909 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin xanım sürücüsü ondan yol istəyib. Lakin bunun üçün şərait olmadığından ona yol verə bilməyib:

“Mən öz zolağımla qaydalar çərçivəsində hərəkət edən zaman, xanım sürücü arxadan gələrək səs və işıq siqnalları ilə məndən yol istədi. Videodan da görünür ki, ona yol vermək üçün heç bir şəraitim yoxdur. Xanım sürücü qəzəblənərək qarşıma keçdi və mən manevr etdikcə o da manevr edərək qarşımı kəsməyə başladı. Daha sonra isə ötmə və manevr qaydalarını kobud şəkildə pozaraq yoluna davam etdi” – deyərək oxucu bildirib.



Xəbər xətti