Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın Türkiyədə xəstəxanada müalicəsi davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin vitse-prezidenti Fuat Oktay öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, o, xəstəxanada Binəli Yıldırım və millət vəkili Şamil Ayrıma baş çəkib: “Hər ikisinin vəziyyəti yaxşıdır, çox şükür”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.
***
13:07
“NTV” telekanalının məlumatına görə, Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.